Almaniyanın II Bundesliqasında XXII turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, millimizin "milliləşdirilmiş" futbolçusu Dmitri Nazarovun komandası “Aue” “Drezden”i qəbul edib. Oyunda sevinən tərəf qonaqlar olub - 1:4.
Oyuna start "11-lik"də başlayan yarımmüdafiəçimiz 3-cü dəqiqədə "sarı" alıb, 60-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib və final fitinədək əvəzlənməyib.
22 oyuna 18 xal toplayan “Aue” turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.
Fanat.Az