Millimizin üzvü Polşada növbəti sınağına çıxır

Millimizin üzvü Polşada növbəti sınağına çıxır

Bu gün Polşa Ekstraklasasında 14-cü tura start veriləcək.

Fanat.Az xəbər verir ki, turun açılış matçı millimizin üzvü Anton Krivotsyukun iştirakı ilə baş tutacaq.

Plotsk "Vislası" ev oyununda "Termalitsa"nı sınağa çəkəcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Krivotsyuk"un komandası "Visla" 13 turdan sonra 16 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. Bir oyun az keçirən və bir addım geridə olan "Termalitsa"nın aktivində isə 10 xal var. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər