Millimizin üzvü Niderlandı Finlandiyaya dəyişdi

Millimizin üzvü Niderlandı Finlandiyaya dəyişdi

Azərbaycan millisinin üzvü Ozan Can Kökçü karyerasını Finlandiyada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, Niderland təmsilçisi "Eyndhoven”dən ayrılan 25 yaşlı yarımmüdafiəçi HİK-ə keçib.

O, Helsinki klubu ilə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Ozan Can Kökçü 2022-ci ildən "Eyndhoven”in formasını geyinib. O, 2019-2021-ci illərdə Azərbaycan klubu "Sabah"da da çıxış edib və Premyer Liqada meydana çıxdığı 27 oyunda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.  "Transfermarkt" Kökçünün hazırki dəyərini 550 min avro qiymətləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər