Millimizin üzvü ölkə prezidenti ilə görüşdü

Millimizin üzvü ölkə prezidenti ilə görüşdü

Millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Jilina” klubunun üzvləri Slovakiya prezidenti Andrey Kiskanın qəbulunda olub. 

Fanat.Az xəbər verir ki, bu barədə klubunun rəsmi saytı məlumat yayıb. 

 

Ölkə başçısı ötən mövsüm Slovakiya çempionu olan "Jilina”nı təbrik edib. Görüşdə Şeydayev də iştirak edib. 

Qeyd edək ki, "Jilina” Çempionlar Liqasının II təsnifat mərhələsində Danimarka təmsilçisi "Kopenhagen”lə qarşılaşacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər