Millimizin üzvü əməliyyatı olundu

Millimizin üzvü əməliyyatı olundu
Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin və "Azəryol"un üzvü Odina Əliyeva cərrahiyyə əməliyyatı olunub. Fanat.az xəbər verir ki, hücumçumuz bir neçə ay meydana çıxa bilməyəcək. 
24 yaşlı voleybolçumuzun əməliyyatı İstanbulda Acibadem Fulya klinikasında həkim Sarper Çetinkay tərəfindən baş tutub. Təcrübəli idmançımız artıq vətənə dönüb. Onun 3 ay sonra məşqlərə başlayacağı ehtimal olunur. 
Qeyd edək ki, Əliyeva çiynindəki zədəsi üzündən İstanbula yollanmışdı. Bu problem bir müddət əvvəl mövcud olsa da, voleybolçumuz çıxışını davam etdirib. Lakin son günlər zədə daha da ciddiləşdiyindən o, komandadan ayrılmaq məcburiyyətində qalıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər