Millimizin üzvü “Balıkesir”də

Millimizin üzvü “Balıkesir”də
Qadın voleybolçulardan ibarət milli komandamızın üzvü Yana Ağayeva karyerasını Türkiyədə davam etdirəcək. Fanat.az xəbər verir ki, Çindən ayrılan voleybolçu Türkiyəyə qayıdıb.
Ötən mövsüm Türkiyədə “Çanaqkala Bələdiyyəspor"un formasını geyinən Yana yayda Çinin “Beijing” klubuna transfer olmuşdu. Lakin 28 yaşlı hücumçu Çin klubunda heyətə düşə bilməyib və yenidən Türkiyəyə dönüb. O, bu dəfə “Balıkesir” klubu ilə müqavilə bağlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər