Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi "Hannover 96"nın ikinci komandası "Ayntraxt"ı (Norderstedt) qəbul edib.
Regional Liqanın "Şimal" zonasında keçirilən qarşılaşma "Hannover 96"nın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb. Baş məşqçi Sören Osterland onu 75-ci dəqiqədə Almir Kasumoviçlə əvəzləyib. Həmin vaxt hesab 1:1 olub.
Fanat.az