Almaniya II Bundesliqasında XXXI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası "Karlsrue" səfərdə "Bohum"la qarşılaşıb.
Matç heç-heçə başa çatıb - 1:1. Nazarov bu görüşün 60-cı dəqiqəsində, hesab 0:1 olarkən Bobarar Barrinin yerinə meydana çıxıb. Millimizin futbolçusu matçın 87-ci dəqiqəsində qol vurmaqla komandasını məğlubiyyətdən xilas edib.
Qeyd edək ki, "Karlsrue" hazırda 43 xalla 18 klub arasında 8-ci pillədə qərarlaşıb.
Fanat.az