Estoniya Premyer Liqasında XVII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, bu tur çərçivəsində "Trans Narva" evində "Tammeka"ya böyük hesabla qalib gəlib.
Oyunda hesabı qonaqlar açsa da, 2-ci hissədə ardıcıl 4 top vuran meydan sahibləri 4:1 hesablı qələbəni bayram ediblər.
Avropa Liqasında "İnter"in rəqibi olmuş "Trans Narva"nın heyətində çıxış edən Rizvan Umarov 3 qolun müəllifi olub. Azərbaycan millisinin sabiq futbolçusu bu uğura cəmisi 8 dəqiqə ərzində imza atıb. Rizvan 59, 64 və 67-ci dəqiqələrdə rəqibin qapı torunu silkələyib.
Xatırladaq ki, "milliləşdirilmiş" Umarov Azərbaycanın U-19 və U-21 komandalarında çıxış edib. Berti Foqtsun Dubay toplanışına apardığı hücumçu həmin vaxt Sinqapurla qarşılaşmada meydana çıxmışdı. Sonradan onun xidmətinə ehtiyac duyulmayıb.
Fanat.az