Millimizin üzvü 1 xala razılaşdı

Millimizin üzvü 1 xala razılaşdı

Azərbaycan yığmasının futbolçusu Tuğrul Eratın komandası “Duysburq” Almaniyanın III Bundesliqasında növbəti matçını keçirib. 

Fanat.Az xəbər verir ki, komanda VIII tur çərçivəsində "Holştayn Kil"i qəbul edib.

 

Tərəflərin cəhdlərinə baxmayaraq, görüşdə hesab açılmayıb.

 

Oyuna start heyətində çıxan Erat 67-ci dəqiqədə Stanislav İlyutçenko ilə əvəzlənib.

 

Qeyd edək ki, 8 turdan sonra aktivində 15 xalı olan "Duysburq" turnir cədvəlində II pillədə qərarlaşıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər