Azərbaycan millisinin sabiq futbolçusu Uğur Pamuk ağır zədə alıb. Fanat.Az xəbər verir ki, bu yay Türkiyənin "Manisaspor" klubuna keçən futbolçu üçün 2016-cı il artıq başa çatıb.
26 yaşlı oyunçunun məşq zamanı sol dizi dönüb. MRT-dən keçən Uğurun ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Həkimlər vaxt itirmədən onun müalicəsinə başlayıblar. Yaxın günlərdə cərrahiyyə əməliyyatı keçirəcək Pamukun 6 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Fanat.Az