Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşov iş yerini dəyişib. Fanat.az xəbər verir ki, son mövsümü Almaniya Regional Liqasında çıxış edən "Germaniya Halberştadt"da keçirən futbolçumuz bundan sonra "Moyzelvits"də top qovacaq.
"Moyzelvits" də Şimal-Şərq Regional Liqasında çıxış edir. "Germaniya Halberştadt" son mövsümü 18 klub arasında 17-ci pillədə başa vurub, aşağı liqaya yuvarlansa da, "Moyzelvits" 14-cü olub.
"Moyzelvits"in baş məşqçisi Heyko Veber futbolçumuz haqda danışıb: "Rüfət xüsusi hücumçudu. Mən onu bizə və bir çox komandalara qarşı oyununu izləyərək bəyənmişəm".
"Moyzelvits" Rüfətdən başqa "Karl Zeyss Jena"dan Matis Böhleri transfer edib.
Qeyd edək ki, milli komandamızda 15 oyun keçirərək 4 qol vuran Rüfət Dadaşov əvvəllər Almaniyanın "Qonsenhaym", "Kayzerslautern", "Tsvaybrükken", "Saarbrükken" və "Germaniya Halberştadt" klublarında top qovub.
Fanat.az