Millimizin sabiq hücumçusunun oğlu İngiltərə klubuna keçir - SON DURUM

Millimizin sabiq hücumçusunun oğlu İngiltərə klubuna keçir - SON DURUM

Rusiyanın "Rubin" klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, "Vest Hem Yunayted" sözügedən oyunçunu gələn ay heyətinə qatmaqda maraqlıdır.

Mənbə Tatarıstan təmsilçisinin 20 yaşlı gürcünü 15 milyon avroya satmağa razı olduğunu və tərəflərin danışıqları davam etdirdiyini vurğulayıb.

"Sauthempton" və "Everton" kimi İngiltərə klublarının da maraqlandığı Gürcüstan millisinin üzvü "Rubin"ə 2019-cu ildə "Rustavi"dən transfer olunub. O, Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər