Millimizin rəqibi daha bir itki ilə üzləşdi

Millimizin rəqibi daha bir itki ilə üzləşdi

Portuqaliya millisinin daha bir futbolçusu DÇ-2022-nin seçmə oyunlarını buraxacaq.

Fanat.Az xəbər verir ki, millinin məşqində zədələnən Pedru Qonsalveş heyətdən çıxarılıb.  "Sportinq" klubunun 23 yaşlı üzvünün yerinə İngiltərə "Vulverhempton"unda çıxış edən Fransisku Trinkan çağırılıb.

Portuqaliya millisində Qonsalveşdən əvvəl, Qonsalu İnasio və Rikardu Pereyra eyni səbəbdən heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, bu gün İrlandiyanı qəbul edəcək Portuqaliya, 3 gün sonra Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək. Sentyabrın 7-də isə portəgizlər Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər