Millimizin rəqibi başsız qaldı

Millimizin rəqibi başsız qaldı

Norveç millisinin baş məşqçisi Per Matias Hoqmo istefa verib. Fanat.Az xəbər verir ki,  bu barədə Norveç Futbol Federasiyasının saytı məlumat yayıb. 

DÇ-2018-in seçmə mərhələsində yığmamızla birgə C qrupunda yer alan Norveç millisi ötən ay Bakıda komandamıza 0:1 hesabı ilə uduzub. Keçirdiyi 5 oyundan 4-də məğlub olan skandinaviyalılar yalnız San Marinonu məğlub edə biliblər.

2013-cü ildə Norveç millisininə rəhbərlik edən Hoqmo məhz uğursuz nəticələr səbəbi ilə postundan ayrılıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər