Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

Millimizin oyunlarını idarə edəcək hakimlər açıqlandı

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının noyabrın 6-dan 15-dək Sloveniyada UEFA Millətlər Liqası formatında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunları idarə edəcək hakimlər açıqlanıb.

Fanat.Az oyunların təqvimini və hakim təyinatlarını diqqətinizə çatdırır:

Azərbaycan – Kosovo 8 noyabr. Breziçe. Saat 15:00 Baş hakim: Kateryna Usova (Ukrayna) Baş hakimin köməkçiləri: İryna Chaika (Ukrayna), Kaya Şkrban (Sloveniya) Dördüncü hakim: Vanya Yankovic (Sloveniya)   Sloveniya – Azərbaycan 11 noyabr. Çatej. Saat 15:00 Baş hakim: Veronika Kovarova (Çexiya) Baş hakimin köməkçiləri: Tereza Hessova (Çexiya), Rachel Smith (Şimali İrlandiya) Dördüncü hakim: Louise Thompson (Şimali İrlandiya)   Moldova – Azərbaycan 14 noyabr. Breziçe. Saat 15:00 Baş hakim: Louise Thompson (Şimali İrlandiya) Baş hakimin köməkçiləri: Rachel Smith (Şimali İrlandiya), Kaya Şkrban (Sloveniya) Dördüncü hakim: Vanya Yankovic (Sloveniya)

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər