Millimizin müdafiəçisi oynadı, xala sevindi

Millimizin müdafiəçisi oynadı, xala sevindi

Futbol üzrə Polşa çempionatında 14-cü turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Stal”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. O, 13-cü dəqiqədə sarı vərəqə də alıb.

“Visla” 14 turdan sonra 25 xalla 18 iştirakçı arasında 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər