Millimizin İsveçrə sınağı

Millimizin İsveçrə sınağı

Azərbaycanın para-atletika üzrə milli komandası İsveçrənin Nottvil şəhərində keçirilən Qran-Pridə iştirak edir.

Fanat.Az xəbər verir ki, Qran-Pridən öncə paralimpiya yarışlarının qaydalarında uyğun olaraq idmançılar üçün tibbi təsnifat təşkil olunub. Milli komandanın üzvlərindən Oloxan Musayev, Arzuman Paxırov, Nicat Vəlizadə və Rasim Yaxin beynəlxalq həkimlərin iştirakı ilə baş tutmuş klassifikasiyadan uğurla keçiblər.

Yığmanın digər üzvləri - Toğrul Hümbətov, Elçin Muradov, Samir Nəbiyev və Tokio-2020 Yay Paralimpiya Oyunlarının çempionu Elvin Astanovun isə əvvəlki təsnifat müddətləri bitmədikləri üçün yarışa birbaşa buraxılıblar.

Qeyd edək ki, turnirə mayın 26-da start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər