Azərbaycan millimizin sabiq üzvü Taşkın İltərin yeni klubu bəlli olub. Fanat.Az xəbər verir ki, onun Bakı "İnter"inə keçəcəyi gözlənilsə də, futbolçu Türkiyəyə üz tutub.
Belə ki, milliləşdirilmiş yarımmüdafiəçi PTT 1-ci Liqa təmsilçilərindən "Dənizlispor"la anlaşıb. Tərəflər arasında 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, İltər "bankirlər"in hətta Türkiyədəki təlim-məşq toplanışında da iştirak etmişdi. Ötən il 22 yaşlı oyunçunun "Qarabağ"a keçidi gündəmdə olsa da, ağdamlılar sonradan bu transferdən imtina etmişdi.
Fanat.az