Millimizin AÇ üçün heyəti açıqlandı

Millimizin AÇ üçün heyəti açıqlandı

Qılıncoynatma üzrə Azərbaycan milli komandasının Bolqarıstanın Plovdiv şəhərində şəxsi yarışlar üzrə keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, qitə çempionatında ölkəni ümumilikdə 7 idmançı təmsil edəcək.

Qadın sablyaçıların şəxsi yarışında Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Palina Kaspiaroviç mübarizə aparacaq.

Kişi şpaqaçıların şəxsi mübarizəsində isə Kənan Əliyev, Barat Quliyev və Ruslan Həsənov qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatı 16-19 iyunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər