Millimiz Yunanıstanı darmadağın etdi

Millimiz Yunanıstanı darmadağın etdi

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Joze Alesionun baş məşqçi olduğu komanda 6-cı qrupda Yunanıstanla qarşılaşıb.    Millimiz Afinada baş tutan qarşılaşmada rəqibini darmadağın edib - 7:0. 

Xətai Bağırov və Qallo dubl edib, digər qolları isə Rafael Vilela, Bolinya və Felipinyo vurublar.  Azərbaycan yığması ötən tur Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə bundan əvvəl polşalılara 3 cavabsız qolla yenilib.

Azərbaycan millisi qrupda növbəti oyununu gələn il martın 3-də Bakıda yunanıstanlılara qarşı keçirəvək.    DÇ-2024-ün seçmə mərhələsi 6-cı qrup 11 oktyabr 19:00. Yunanıstan - Azərbaycan 0:7

Qollar: Vilela, 2, Xətai Bağırov, 5, 16, Qallo, 18, 25, Bolinya, 27, Felipinyo, 39.

Yunanıstan: 1. Dimitris Zervas (q), 3. Dimitrios Karavidas, 4. Seiti Ensi, 5. Lampros Tsinas, 7. Spiridon Kondilatos; 12. İoannis Kristopoulos (q), 6. Emmanouil Tsepas, 8. Panagiotis Qousis, 9. Marios Ntatis, 10. Kostas Panou, 11. Antonios Manos (k), 14. Teodoros Vlakos, 15. Spiridon Papakostas, 16. Andreas Tarnanidis

Baş məşqçi: İoannis Ziavas

Azərbaycan: 1. Emin Kürdov (q, k), 9. Rafael Vilela, 13. Qallo, 14. Amadeu, 17. Felipinyo; 12. Rövşən Hüseynli (q), 3. Tyaqo Bolinya, 6. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 10. Xətai Bağırov, 20. Amir Şocayi, 2. Xəzər Ağalızadə

Baş məşqçi: Joze Alesio Da Silva

Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian (hamısı İsveç). Afina. Teodoros-Putos İdman zalı.

1. Azərbaycan 2 2 0 0 11-3 6

2. Polşa 2 1 0 1 6-4 3

3. Yunanıstan 2 0 0 2 0-10 0

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər