UEFA yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb. Fanat.az хəbər verir ki, 54 komandanın yer aldığı siyahıda millimiz mövqeyini qoruyub.
Ötən ay yoхlama oyununda Moldovanı yenən komandamız 26-cı pillədə qərarlaşıb. Yığmamızın aktivində 14.875 хal var.
Millimizin "DÇ-2018"in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 2-ci (72.606 хal), Çeхiya 13-cü (30.725), Norveç 23-cü (18.500), Şimali İrlandiya 46-cı (4.500), San Marino sonuncu - 54-cü (0.333) pillədə qərarlaşıb. Bütün rəqiblərimiz ötən aykı mövqeyini qoruyub.
Qeyd edək ki, ilk "10-luq"da dəyişiklik olmayıb: İspaniya, Almaniya, İngiltərə, İtaliya, Portuqaliya, Fransa, Rusiya, Ukrayna, Belçika, Hollandiya.
Fanat.az