Millimiz yenə rusları büdrətdi - bizimkilər bizə qarşı oynadı

Millimiz yenə rusları büdrətdi - bizimkilər bizə qarşı oynadı
21 yaşadək futbolçular arasında "AVRO-2017"nin seçmə mərhələsinin növbəti oyunları keçirilir. Fanat.az xəbər verir ki, VII qrupda yer alan Azərbaycan yığması səfərdə meydana çıxıb.
Millimiz Rusiya yığmasının qonağı olub. Rostovdakı “Olimp-2” stadionunda baş tutan qarşılaşmada 4 qol vurulub. Hesabı 46-cı dəqiqədə Taşkın İltərin ötürməsini dəyərləndirən Mahir Mədətov açıb. Millimizin sevinci 5 dəqiqə çəkib və 51-ci dəqiqədə İlya Zuyev hesabı bərabərləşdirib. 56-cı dəqiqədə Dmitri Barinov meydan sahmblərini hesabda önə keçirib. Amma cəmi 3 dəqiqə sonra Rahil Məmmədov yenidən oyunda bərabərlik yaradıb. Yenə ötürmə Taşkın İltərdən gəlib. Bundan sonra oyunda qol olmayıb və Azərbaycan yığması səfərdə bir xala sevinib - 2:2.
Qeyd edək ki, yığmamız ötən ilin 17 noyabrında evdə keçirdiyi oyunda Rusiyanı 3:0 hesabı ilə yenmişdi. Qrupdakı 8-ci oyununa çıxan millimiz 7 xal qazana bilib. Bundan əvvəlki oyunlarda Rusiyanı 3:0, Farer adalarını 1:0 hesabı ilə yenən komandamız qalan 5 matçda Avstriyaya (0:2, 0:7), Almaniyaya (0:3, 1:3) və Finlandiyaya (0:1) uduzub. Komandamız sentyabrın 9-da Farer adalarını qəbul edəcək, oktyabrın 7-də Finlandiyanın qonağı olacaq.
Bu oyun Rusiya millisinin baş məşqçisi Nikolay Pisarevin rəsmi oyunlarda debütü baxımından önəmli olub. O, yığmamıza 0:3 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Dmitri Xomuxanı əvəzləmişdi.
Bu matçda Rusiyanın heyətində iki azərbaycanlı futbolçu meydana çıxıb. Belə ki, "Zenit"in formasını geyinən Ramil Şeydayev 90 dəqiqə meydanda olub, "Spartak"da çıxış edən Ayaz Quliyev isə 61-ci dəqiqədə İlya Petrovu əvəzləyərək son 29 dəqiqədə oynayıb.
 
AVRO-2017 (U-21)
Seçmə mərhələ
VII qrup, 24 mart
 
Rusiya - Azərbaycan 2:2
Qollar: İlya Zuyev, 51 (ötürmə - Aleksandr Taşayev). Dmitri Barinov, 56 - Mahir Mədətov, 46 (ötürmə - Taşkın İltər). Rahil Məmmədov, 59 (ötürmə - Taşkın İltər).
Rusiya: 12. Mixail Borodko, 3. Vyaçeslav Karavayev, 4. Maksim Kuftin, 5. İlya Zuyev (k), 6. Dmitri Barinov, 8. Roman Zobnin, 9. Ramil Şeydayev, 14. Dmitri Yefremov (17. Aleksandr Zuyev, 77), 15. Dmitri Jivaqlyadov, 18. İlya Petrov (7. Ayaz Quliyev, 61), 22. Aleksandr Taşayev (13. Arşak Koryan, 70).
Ehtiyat oyunçular: 23. Denis Kavlinov, 2. Denis Yakuba, 11. Nikolay Komliçenko, 16. Aydar Lisinkov.
Baş məşqçi: Nikolay Pisarev.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 7. Taşkın İltər, 8. Elşən Abdulayev (10. Elnur Cəfərov, 78), 11. Mahir Mədətov (21. Dmitri Nağıyev, 90+2), 16. Elvin Camalov, 17. Abbas Hüseynov, 20. Azər Salahlı (k).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 9. Budaq Nəsirov, 13. Tural Hümbətov, 14. Ruslan Nəsirli, 18. Kamal Mirzəyev.
Baş məşqçi: Yaşar Vahabzadə.
Hakimlər: Tomaş Musial, Radoslav Sieyka, Yakub Slusarski, Tomaş Kviatkovski (Polşa).
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan).
Hakim-inspektor: Nikolae Qriqoresku (Rumıniya).
Rostov. “Olimp-2” stadionu.

1

Almaniya

5

5

0

0

20-3

15

2

Avstriya

5

4

0

1

17-7

12

3

Finlandiya

5

3

0

2

6-6

9

4

Azərbaycan

8

2

1

5

7-18

7

5

Rusiya

5

1

1

3

7-11

4

6

Farer adaları

4

0

0

4

0-12

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər