Millimiz yarımfinalda!- Avro-2017

Millimiz yarımfinalda!- Avro-2017

Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Fanat.az xəbər verir ki, ölkəmizdə keçirilən yarışda Azərbaycan millisi bu gün 1/4 final oyununa çıxıb.

 

Faiq Qarayevin yetirmələri qrup mərhələsində 3:1 hesabı ilə yendiyi Almaniya ilə üz-üzə gəlib. Görüş bu dəfə təmsilçimizin daha parlaq qələbəsi ilə başa çatıb - 3:0. Günün ikinci qarşılaşmasında isə Türkiyə Rusiyanı eyni hesabla üstələyərək adını yarımfinala yazdırıb.

 

Avro-2017, 1/4 final 

29 sentyabr

 

Azərbaycan - Almaniya - 3:0 (25:20; 25:18, 25:21)

Hakimlər: Vladimir Simonoviç (Serbiya), Yuray Mokri (Slovakiya)

 

Azərbaycan: 1. Ceyran Əliyeva, 2. Kseniya Poznyak, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 8. Yelizaveta Səmədova, 9. Natalya Məmmədova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 17. Polina Rəhimova, 18. Şəfaqət Həbibova

Baş məşqçi: Faiq Qarayev

 

Almaniya: 1. Lenka Dürr, 2. İrina Kemmisi, 3. Deniz Hanke, 4. Maren Fromm, 5. Yana-Fransiska Poll, 6. Cennifer Qirties, 7. Cennifer Pettke, 10. Lena Stiqrot, 11. Luiza Lippmann, 14. Mari Şoeltsel, 17. Anna Poqani, 19. Tanya Qrosser, 20. Leoni Şvertmann, 22. Liza Qründinq,

Baş məşqçi: Feliks Kozlovski

 

Qeyd edək ki, yığmamız yarımfinalda Hollandiyayla münasibətlərinə aydınlıq gətirəcək.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər