17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirində ikinci oyununu keçirib. Fanat.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 08.00-da başlayan matçda rəqibimiz Tacikistan olub.
Rafiq Mirzəyevin başçılıq etdiyi millimiz iki dəfə hesabda önə keçsə də, üstünlüyü qoruya bilməyib. Komandamızın qollarına 13-cü dəqiqədə Kamran Quliyev, 46-cı dəqiqədə Şakir Seyidov imza atıb.
Qeyd edək ki, yığmamız ilk turda İrana 0:3 hesabı ilə yenilmişdi. Təmsilçimiz növbəti oyununu avqustun 11-də Rusiyanın ikinci komandasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 08.00-da başlayacaq.
Fanat.Az