Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün 2-ci yoldaşlıq oyununu keçirib. Fanat.az xəbər verir ki, Yaşar Vahabzadənin yetirmələri yenidən Sloveniyanın U-21 komandası ilə qarşılaşıblar.
Milli komandamız sloveniyalı həmyaşıdları ilə ilk qarşılaşmadakı məğlubiyyətin (1:4) əvəzini çıxa bilib. "Qarabağ"ın hücumçusu Mahir Mədətovun dublu sayəsində 2:1 hesablı qələbə qazanan yığma komandamız revanş almağı bacarıb. Futbolçumuz 11-45-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. Sloveniyanın qoluna 23-cü dəqiqədə Leo Stulaç imza atıb.
Fanat.az