Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilir. Fanat.Az xəbər verir ki, VII qrupda mübarizə aparan Azərbaycan millisinin AÇ-2017-nin seçmə mərhələsində son matçı səfərdə baş tutub.
Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv Helsinkidə Finlandiya ilə üz-üzə gəlib və qarşılaşmada qapılara qol vurulmayıb.
Qeyd edək ki, günün digər iki oyununda Farer adaları Avstriyanı, Almaniya Rusiyanı qəbul edəcək.
Avropa çempionatı (U-21)
Seçmə mərhələ
VII qrup
7 oktyabr
19.30 Finlandiya - Azərbaycan 0:0
Finlandiya: 1. Otso Virtanen, 3. Riçard Yensen, 4. Mikko Viitikko, 8. Qlen Kamara, 9. Matti Klinqa, 10. Simon Skrabb (k), 13. Hampus Holmqren, 15. Huho Pirttiyoki, 17. Fredrik Lassas, 20. Fredrik Yensen, 21. Robert Teylor.
Ehtiyat oyunçular: 12. Karlyohan Eriksson, 5. Nnaemeka Anyamele, 6. Coona Veteli, 11. Piri Soiri, 14. Felipe Aspeqren, 18. Tatu Miettunen, 22. Matias Oyala.
Baş məşqçi: Tommi Kautonen.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Vüqar Mustafayev, 7. Taşkın İlter, 11. Mahir Mədətov, 15. Kamal Mirzəyev, 16. Yusif Nəbiyev, 17. Abbas Hüseynov, 19. Orxan Əliyev, 20. Azər Salahlı (k).
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 4. Sertan Taşqın, 8. Ehtiram Şahverdiyev, 9. Elnur Cəfərov, 13. Tural Hümbətov, 21. Budaq Nəsirov, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Yaşar Vahabzadə.
Hakimlər: Peter Kyaesqaard-Andersen, Henrik Sonderbyu, Yakob Bille, Sandi Putros (Danimarka).
Hakim-inspektor: Albano Yanku (Albaniya).
UEFA nümayəndəsi: Tomaş Karpaviçyus (Litva).
Helsinki. “Toolon jalkapallostadion” stadionu.
| 1 | Almaniya | 8 | 8 | 0 | 0 | 27-4 | 24 |
| 2 | Avstriya | 8 | 6 | 1 | 1 | 20-8 | 19 |
| 3 | Finlandiya | 9 | 4 | 1 | 4 | 12-9 | 13 |
| 4 | Azərbaycan | 10 | 2 | 3 | 5 | 8-19 | 9 |
| 5 | Rusiya | 8 | 2 | 2 | 4 | 11-14 | 8 |
| 6 | Farer adaları | 9 | 0 | 1 | 8 | 3-27 | 1 |
Fanat.Az