Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 19 yaşadək futbolçular arasında keçirilən 29-cu beynəlxalq turnirdə ilk mərhələnin oyunları yekunlaşmaq üzrədir.
Bu gün millimizin yer aldığı C qrupunda mübarizəyə yekun vurulub. Təbriz Həsənovun komandası son turda Slovakiya ilə qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə uduzub. Hazırda sonuncu pillədə qərarlaşan komandamız qrupdan çıxmaq şansını itirib.
Artıq yığmamız 9-16-cı yerlər uğrunda yarışmalı olacaq.
Fanat.Az