17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda mübarizəyə start verilib.
Fanat.Az xəbər verir ki, Rumıniyada keçrilən qrup oyunlarında Azərbaycan millisi ilk oyununu İngiltərə yığmasına qarşı keçirib
Qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qrupumuzun digər oyununda meydan sahibləri və Avstriya qarşılaşıb. Matç avstriyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, elit-raunda qrupda ilk iki yeri tutanlar, həmçinin üçüncülər arasında ən yaxşı nəticəyə malik 5 yığma vəsiqə qazanacaq.
Avropa çempionatı
Seçmə mərhələ
VI qrup, I tur
25 oktyabr
İngiltərə - Azərbaycan 2:0
Qollar: Angel Qomes, 16. Sadon Sanço, 23.
Hakimlər: Fyodor Zammit, Luke Portelli (hər ikisi Malta), Daniel Mitruti, Katalin Qaman (hər ikisi Rumıniya)
Hakim-inspektor: Gerard Perri (İrlandiya)
UEFA nümayəndəsi: Patrik Filipek (Çexiya)
Buftea. RFF futbol mərkəzi
Fanat.Az