Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, komandamızın rəqibi Gürcüstanın müvafiq yaş qrupuna aid yığması olub.
Qarşılaşma 3:2 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə yekunlaşıb. Yığmamızın qollarını Samir Oruclu və Hikmət Verdiyev vurub.
Fanat.Az