Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə təsnifat mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, mərasim İtaliyanın Ezolo şəhərində baş tutub.
Püşkatmada Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Püşk yığmamızı 2-11 sentyabr tarixləri arasında keçiriləcək oyunlarda Macarıstan, Fransa və Bolqarıstana rəqib edib.
4 komandadan ibarət 7 qrupda ilk iki yeri tutan və daha iki ən yaxşı komanda ümumilikdə FİFA-2017-də çıxışa imkan verəcək 4 vəsiqə uğrunda yarışacaqlar.
Qeyd edək ki, Dünya Kuboku gələn il Baham Adalarında keçiriləcək.
A qrupu: İtaliya, Belarus, Türkiyə, Serbiya
B qrupu: Portuqaliya, İngiltərə, Rumıniya, Moldova
C qrupu: Rusiya, Almaniya, Norveç, Qazaxıstan
D qrupu: İsveçrə, Yunanıstan, Hollandiya, Litva
E qrupu: İspaniya, Polşa, Estoniya, Danimarka
F qrupu: Ukrayna, Çexiya, Avstriya, Gürcüstan
G qrupu: Macarıstan, Fransa, AZƏRBAYCAN, Bolqarıstan
Fanat.az