Türkiyədə təşkil olunan “Antalya Kuboku” turnirində iştirak edən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikincu oyununu keçirib. Fanat.az xəbər verir ki, gənclər yığmamız bu dəfə Səudiyyə Ərəbistanının U-20 yığmasına qarşı mübarizə aparıb.
Ərəblərlə qarşılaşma millimiz üçün uğurlu alınıb. Futbolçularımız rəqib qapısından üç cavabsız top keçiriblər. Komandamızın heyətində Namiq Ələsgərov dubl edib, Elnur Cəfərov bir qol vurubş
Qyed edək ki, komandamız turnirdəki ilk oyununda Ukraynanın müvafiq yaş qrupuna aid yığması ilə qarşılaşmış və 2:1 hesabı ilə qələbə qazanmışdı.
Antalya Kuboku
24 yanvar
Azərbaycan - Səudiyyə Ərəbistanı 3:0
Qollar: Namiq Ələsgərov, 8-pen; 77. Elnur Cəfərov, 18-pen.
Azərbaycan: Tərlan Əhmədli, Rahil Məmmədov, Azər Salahlı, Məqsəd İsayev, Elnur Cəfərov, Kamal Mirzəyev, Namiq Ələsgərov, Vüqar Mustafayev, Ruslan Nəsirli, Sadiq Quliyev, Adil Nağıyev.
Qırmızı vərəqə: Mohammad Alyame, 8.
Fanat.az