Millimiz DÇ-də Hindistanla "sülh" bağladı

Millimiz DÇ-də Hindistanla "sülh" bağladı
Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir. 
Fanat.Az xəbər verir ki, bu gün mötəbər yarışda VII turun görüşləri keçirilib.
İlk 6 turda aktivinə 4 xal yazdıran Azərbaycan millisi çətin sınağa çıxıb. Komandamız turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış Hindistanla üz-üzə gəlib. Dörd şahmatçımızın hər biri rəqibi ilə sülh bağlayıb. Nəticədə komandamız Hindistanla heç-heçə edib.
Qeyd edək ki, millimizin liderləri Teymur Rəcəbovla Şəhriar Məmmədyarovun yoxluğunda ölkəmizi çempionatda Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Nicat Abbasov təmsil edir.
Azərbaycan - Hindistan 2,0:2,0
Arkadi Naydiç - Baskaran Adhiban 0,5:0,5
Qədir Hüseynov - Krişnan Saşikiran 0,5:0,5
Eltac Səfərli - Surya Şexar Qanquli 0,5:0,5
Nicat Abbasov - Panayapan Seturaman 0,5:0,5
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər