Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX - sonuncu turda Misirə qalib gəlib.
Həmçinin Rusiya, ABŞ, Çin və İngiltərə də turu qalibiyyətlə başa vurub. Beləliklə, Rusiya 16 xalla dünya çempionluğunu qazanıb. İngiltərə 2-ci, Çin isə 3-cü yeri tutub.
Yarışı 8 xalla tamamlayan Azərbaycan yığması İranla xallarının sayını bərabərləşdirsə də, əlavə göstəricilərdə ondan geri qalıb və 7-ci olub.
1. Rusiya - 16 xal
2. İngiltərə - 13 xal
3. Çin - 12 xal
4. Hindistan - 11 xal
5. ABŞ - 11 xal
6. İran - 8 xal
7. Azərbaycan - 8 xal
8. Qazaxıstan - 4 xal
9. İsveç - 4 xal
10. Misir - 3 xal
Fanat.Az