Millimiz Borisova tapşırıldı

Millimiz Borisova tapşırıldı

Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Fanat.Az xəbər verir ki, iclasın gündəliyinə daxil olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat idi. 

Komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyib. Paralel olaraq “Araz-Naxçıvan” klubunun da baş məşqçisi olacaq V.Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib.

Vitali Borisov, 5 iyul 1982-ci ildə Bakı şəhərində anadan olub.

Futzalçı karyerası:  

Anqloil – 2000-ci il Tribut – 2001-2003 Ədliyyə - 2003-2004 Araz-Naxçıvan – 2004-2005 Azfarma – 2005-2006 Araz-Naxçıvan – 2006-2008 Dina (Rusiya) – 2008-2010 Araz-Naxçıvan – 2010 – 2014 Fener - 2014-2015 Ekonomaç (Serbiya) – 2015-2017 Neftçi İK – 2017-2018 Marafon Futsal – 2018

Məşqçi karyerası:

Neftçi İK – 2021-2022

Uğurları:

UEFA kuboku, bürünc medal – 2 dəfə Azərbaycan çempionu – 7 dəfə Azərbaycan kuboku – 4 dəfə Serbiya çempionu – 2 dəfə Serbiya kuboku – 2 dəfə

Milli komanda:

2001-2019-cu illərdə Azərbaycan millisinin heyətində çıxış edib. 5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Millinin heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində 4 yerdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər