Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi üçüncü oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Bolqarıstan yığması ilə qarşılaşan millimiz qələbə qazanıb - 4:1. Komandamızın qollarını Asif Zeynalov, Əbdül Əliyev, İlkin Hacıyev və Orxan Məmmədov vurub.
Beləliklə, millimiz seçmə mərhələnin ikinci raunduna vəsiqə qazanıb. Bu mərhələdəki rəqiblər hələ bəlli deyil.
Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Fransaya uduzub (2:3), ardınxa Macarıstanı məğlub edib (7:3)
Fanat.Az