Millimiz Bolqarıstanı 2 topla keçdi

Millimiz Bolqarıstanı 2 topla keçdi
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun millimiz üçün uğurlu alınıb. Komandamız bu görüşdən inamlı qələbə ilə ayrılıb - 2:0.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirmişdi. Həmin qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.
Bu gün qrupumuzdakı digər oyunda Sloveniya Latviya ilə üz-üzə gəlib. Bu oyunda qalib müəyyənləşməyib - 1:1.
Valentin Qranatkin turniri
C qrupu
6 yanvar
Azərbaycan - Bolqarıstan 2:0
Qollar: Metin Gülər, 68. İbrahim Qədirzadə, 90+4.
Azərbaycan: 1. Murad Popov, 2. Hüseyin Seyliqli, 3. Ricat Qarayev, 4. Yusif Həsənov (20. İsmayıl Babayev, 80), 5. Elçin Əsədov (k), 7. Fərid Nəbiyev (17. Arziman Rizvanov, 90), 8. Metin Güler (16. Süleyman Əhmədov, 84), 9. Doğukan Öksüz, 10. Pilağa Mehdiyev, 11. Murad Mahmudov (6. İbrahim Qədirzadə, 80), 15. Ceyhun Muxtarlı (18. Murat Cem Akpınar, 46).
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Şahin Zəkiyev, 14. Bahadur Həziyev, 19. Aslan Bədəlzadə.
Baş məşqçi: Təbriz Həsənov.
Bolqarıstan: 1. Dimitar Şeytanov (k), 3. Borislav Vakadinov (4. Georgi Kostev, 73), 8. Dimitar Kostadinov (19. Valentin Antov, 46), 10. Nikolay Yankov (9. Stanislav İvanov, 46), 11. İvan Tilev (7. Aleksandar Zlatkov, 62), 13. Kaloyan Krestev, 14. Andrea Xristov, 15. Petko Xristov, 16. Dimitar İliyev, 17. İvan Mitrev (6. İliya Yurukov, 59), 20. Kiril Nikolov (18. Anqel Anqelov, 73).
Ehtiyat oyunçular: 12. Petar Petrov, 2. Eqe Revat, 5. Aleksandar Bastunov.
Baş məşqçi: Viktorio Pavlov.

1

Sloveniya

2

1

1

0

5:2

4

2

Azərbaycan

2

1

1

0

3:1

4

3

Latviya

2

0

2

0

2:2

2

4

Bolqarıstan

2

0

0

2

1:6

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər