Millimiz Belarusdan qisas aldı

Millimiz Belarusdan qisas aldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununa çıxıb. Fanat.az xəbər verir ki, yığmamız yenə Belarusun müvafiq yaş qrupu üzrə komandası ilə üz-üzə gəlib.

 

İki gün öncə olduğu kimi, komandalar yenə Bakı Olimpiya Stadionunda qarşılaşıblar. Nazim Süleymanovun yetirmələri iyunun 8-dəki 1:4 hesablı məğlubiyyətin revanşını ala bilib. Gənclərimiz 2:1 hesablı qələbəyə seviniblər. Matçdakı bütün qollar ilk hissədə vurulub. Murad Xaçayev 10-cu dəqiqədə hesabı açsa da, üstünlüyümüz cəmi 6 dəqiqə çəkib. Bal Yevgeni bərabərliyi təmin edib. Ancaq ilk hissənin son dəqiqəsində Murad dubla imza ataraq millimizi yenidən önə keçirib. İkinci hissədə başqa qol olmayınca, oyun yığmamızın qələbəsi ilə başa çatıb. 

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər