Bu gün millimiz 2017-ci ildə ilk oyununu keçirib. Fanat.Az xəbər verir ki, Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız Dohada Qətərlə yoldaşlıq görüşünə çıxıb və 2:1 hesablı qələbəyə sevinib.
Xorvat çalışdırıcı bu oyunda yalnız Azərbaycan birinciliyində çıxış edən futbolçuların xidmətindən yararlanıb. Səbəb sadədi: oyun FİFA-nın rəsmi matçlar pəncərəsinə daxil deyil və bu üzdən ölkə xaricində top qovan milli üzvləri Prosineçkinin sərəncamına göndərilməyib. Hərçənd ali futbol qurumu bugünkü qarşılaşmanı rəsmi matçlar reyestrinə salıb. Yəni seçməmizin Dohada qazandığı qələbə reytinq baxımından işə yarayacaq.
Bu, Azərbaycanın Qətərlə ilk matçı deyildi. Daha öncə Berti Foqtsun çalışdırdığı milli eyni məkanda sözügedən Asiya təmsilçisiylə qarşılaşmışdı. 2013-cü ildə mayın 29-da tarixin yaddaşına qovuşan görüş 1:1 hesablı heç-heçəylə başa çatmışdı. Meydan sahibləri penaltidən hesabı açmış, son vaxtlar seçməmizə dəvət almayan Rüfət Dadaşov 89-cu dəqiqədə tarazlığı bərpa etmişdi.
Yoldaşlıq oyunu
9 mart
20:00. Qətər – Azərbaycan - 1:2
Qollar: Tabata, 55 - Tərlan Quliyev, 52, Araz Abdullayev, 63
Azərbaycan: 23. Səlahət Ağayev, 6. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (4. Tərlan Quliyev, 46), 3. Məhəmməd Mirzəbəyov, 26. Tellur Mütəllimov (25. Urfan Abbasov, 69), 2. Qara Qarayev, 19. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov (8. Elvin Məmmədov, 82), 18. Ağabala Ramazanov (27. Mahir Mədətov, 69), 9. Namik Ələskərov (7. Araz Abdullayev, 46), 10. Ruslan Qurbanov (11. Rauf Əliyev, 46)
Ehtiyat oyunçular: 1. Şahrudin Maqomedaliyev, 12. Anar Nəzirov, 4. Tərlan Quliyev, 21. Arif Daşdəmirov, 29. Abbas Hüseynov, 7. Araz Abdullayev, 25. Urfan Abbasov, 27. Mahir Mədətov, 11. Rauf Əliyev, 8. Elvin Məmmədov
Baş məşqçi: Robert Prosineçki
.
Doha. “Jassim bin Hamad”(“Əl-Sadd”) stadionu.
Fanat.Az