Millimiz 2016-ya uğursuz başladı

Millimiz 2016-ya uğursuz başladı
Bu gün milli komandamız 2016-cı ildə ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, yığmamız Qazaxıstanla yoxlama oyunu keçirib.
Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena” stadionunda baş tutan oyunun taleyini bir qol həll edib. 8-ci dəqiqədə fərqlənən Maksat Bayjanov millimizin 2016-cı ildə keçirdiyi ilk oyundan məğlub ayrılmasına səbəb olub.
Qeyd edək ki, bu Azərbaycan və Qazaxıstan yığmaları arasında 9-cu qarşılaşma olub. Əvvəlki 8 qarşılaşmada komandalar hərəyə 2 qələbə qazanıb, 4 matç "sülh"lə bitib. Top fərqi də eynidi - 12:12.
Bu oyunlardan 2-si "AVRO-2008"in (hər iki oyun 1:1 hesabı ilə başa çatıb), 2-si "AVRO-2012"nin (qazaxlar 2:1, millimiz 3:2 hesablı qələbə qazanıb) seçmə mərhələsində baq tutub. İlk 2 oyunda millimizə Şahin Diniyev, qalan 2 matçda Berti Foqts başçılıq edib. Qalan 4 qarşılaşa isə yoldaşlıq oyunu xarakteri danşıyıb. 
Antalya
Yoldaşlıq görüşü
26 mart
 
19.00 Azərbaycan - Qazaxıstan 0:1
Qol: Maksat Bayjanov, 8.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev (15. Ruslan Abışov, 74), 5. Maksim Medvedev (3. Məhəmməd Mirzəbəyov, 46), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev (10. Elvin Məmmədov, 69), 11. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k) (16. Tərlan Quliyev, 46), 18. Ağabala Ramazanov (17. Cavid Tağıyev, 46), 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov (9. Namiq Ələsgərov, 61).
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov, 23. Səlahət Ağayev, 4. Pavel Paşayev, 20. Rəşad Eyyubov, 24. Tuğrul Erat, 25. Murad Səttarlı.
Baş məşqçi: Robert Prosineçki.
Qazaxıstan: 1. Stas Pokatilov, 2. Sergey Malıy, 6. Eldos Axmetov, 7. Ulan Konısbayev (17. Timur Dosmaqombetov, 67), 8. Samat Smakov (10. Asxat Taqirbergen, 88), 9. Baurjan İslamxan (13. Azat Nurgaliyev, 64), 11. Serikjan Mujikov (16. Qafurcan Şuyumbayev, 76), 15. Maksat Bayjanov (5. İslambek Kulat, 60), 18. Dmitri Şomko, 20. Sergey Xijniçenko (19. Aleksey Şyotkin, 71), 23. Yuri Loqvinenko.
Ehtiyat oyunçular: 12. David Loriya, 22. Vladimir Plotnikov, 3. Yermak Kuantayev, 4. Muxtar Muxtarov, 14. Zakur Kojamberdi, 15. Abzal Beysebekov.
Baş məşqçi: Yuri Krasnojan.
Hakimlər: Ali Palabıyık, Ceyhun Sesigüzel, Kerem Ersoy, Halil Umut Meler.
“Gloria Sports Arena” stadionu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər