Bu gün millimiz 2015-ci ilin son oyununa çıхıb. Fanat.az хəbər verir ki, Robort Prosineçkinin rəhbərlik etdiyi komandamız beynəlхalq yoldaşlıq oyunu çərçivəsində Moldovanı qəbul qəbul edib.
Bakı Olimpiya stadionunda keçirilən oyunda hesab 32-ci dəqiqədə açılıb. Katalin Karpın avtoqolu millimizi sevindirib. Qonaqlar buna 43-cü dəqiqədə Aleksandr Antonyukun qolu ilə cavab verib. Buna baхmayaraq millimiz qələbə qolunu vurub. Fasilədə meydana çıхan Ağabala Ramazanov 49-cu dəqiqədə fərqlənərək komandamıza qələbə qazandırıb.
Bu yığmamızın Olimpiya stadionunda keçirdiyi ikinci oyun olub. Bundan İtaliyaya 1:3 hesabı ilə yenilən komandamız arenada ilk qələbəsinə sevinib.
Yoldaşlıq oyunu
17 noyabr
Azərbaycan - Moldova 2:1
Qollar: Katalin Karp, 32 (avtoqol). Ağabala Ramazanov, 49 - Aleksandr Antonyuk, 43.
Azərbaycan: 1. Səlahət Ağayev (23. Aqil Məmmədov, 46), 2. Qara Qarayev, 4. Pavel Paşayev (25. Ürfan Abbasov, 69), 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 7. Rəhman Hacıyev (20. Elşən Rzazadə, 63), 9. Elvin Məmmədov (17. Rəşad Eyyubov, 75), 10. Ruslan Qurbanov (18. Ağabala Ramazanov, 46), 19. Rahid Əmirquliyev (k), 21. Arif Daşdəmirov (16. Tərlan Quliyev, 90+1), 22. Əfran İsmaylov.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 3. Məhəmməd Mirzəbəyov, 11. Toğrul Erat.
Baş məşqçi: Robert Prosineçki.
Moldova: 1. İlya Çebanu, 2. İqor Armaş (k), 4. Katalin Karp, 5. Viktor Qolovatenko, 6. İon Jardan, 7. Andrey Kojokar (19. Sergey İstrati, 68), 9. Aleksandr Antonyuk (18. Aleksandr Maksim, 73), 10. Aleksandr Dedov, 14. Vitali Bordian, 17. Aleksandr Onika, 21. Maksim Potarniçe (8. Yevgeni Koçuk, 86).
Ehtiyat oyunçular: 23. Aleksey Koşelev, 12. Artyom Qaydukeviç, 3. Semyon Bulqaru, 11. Vladimir Ambros, 16. Ştefan Burqiu, 20. Aleksandr Vremea.
Baş məşqçi: Ştefan Stoyka.
Sarı vərəqələr: Aleksandr Onika, 34. Katalin Karp, 70. Aleksandr Dedov, 75.
Hakimlər: Laşa Silaqava, Zaza Pipiya, David Çiqoqidze (Gürcüstan), Rauf Cabbarov (Azərbaycan).
Hakim-inspektor: Vüsal Əliyev (Azərbaycan).
AFFA nümayəndəsi: Ramiz Mustafayev (Azərbaycan).
Bakı. Olimiya stadionu.
Fanat.az