21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün Bayıl stadionunda keçiriləcək Azərbaycan - Rusiya qarşılaşması və Bakı Olimpiya Stadionunda təşkil olunacaq Azərbaycan - Moldova beynəlxalq yoldaşlıq oyunu canlı yayımlanacaq.
Fanat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sözügedən matçlar "CBC Sport" televiziya kanalında birbaşa nümayiş olunacaq.
Azərbaycan U-21 - Rusiya U-21 oyunu saat 17.00-da, Azərbaycan - Moldova qarşılaşması isə saat 21.00-da başlayacaq.
Fanat.az