Milli üçün seçimlərə start verildi

Milli üçün seçimlərə start verildi

17 və 19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandasının formalaşdırlması üçün seleksiya xarakterli məşqlərə start verilib.

Fanat.Az futzal federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, həftədə 3 dəfə baş tutan məşq prosesinə U-17  üçün 2006-2007, U-19 üçün 2004-2005-ci il təvəllüdlü futzalçılar baxışa dəvət olunub.

Qeyd edək ki, U-19 və U-17-nin baş məşqçiləri uyğun olaraq Ağatahir Əzimov və İlqar Aslanovdur. U-19 yeni mövsümdə Yüksək Liqada, U-17 isə Birinci Liqada iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər