Dünyada bir çox ulduzlar var ki, klublarında rekordlar qırıb, çox sayda kuboklara sahib çıxsalar da, milli komandada böyük uğurlara imza ata bilməyib. Onlardan bəzilərinin siyahısını təqdim edirik.
Kriştiano Ronaldo (Portuqaliya): Klub karyerası ərzində 17 kuboka sahib çıxan portuqaliyalı millidə hələ ciddi uğur qazana bilməyib. 2004-cü ildəki finalda uduzan Ronaldo 3 dəfə Avropa çempionatının yarımfinalında oynayıb. Onun bu şəsrəti sabahkı finalda bitə bilər. Bəlkə ki, bu final 31 yaşlı futbolçunun son şansı olacaq.
Lionel Messi (Argentina): Ronaldonun ən böyük rəqibi olan argentinalının da bəxti gətirmir. Düzdü, o, Argentina ilə Olimpiya Oyunlarının qalibi olub. Amma böyük yarışlarda 4 dəfə finalda uduzub: "DÇ-2014", Amerika Kuboku - 2007, 2015, 2016. Son Amerika Kubokundan sonra milli karyerasını bitirdiyini elan edib. Bu israrı davam etsə, milli karyerası bir olimpiya "qızıl"ından ibarət olacaq.
Raul Qonzales (İspaniya): "Real"ın əfsanəvi futbolçusu milli komanda ilə ən yaxşı halda "AVRO-2000"nin və "DÇ-2002"nin 1/4 finalında oynayıb.
Luiş Fiqo (Portuqaliya): Avropa futbolunun yetişdirdiyi ən yaxşı futbolçularından biri olan portuqaliyalı "AVRO-2004"də ikinci olan komandanın veteran ulduzu idi.
Paolo Maldini (İtaliya): "DÇ-1994" və "AVRO-2000"də ikinciliklə kifayətlənib.
Roberto Baccio (İtaliya): "DÇ-1994"ün finalında uduzan komandada idi. Vura bilmədiyi penalti hələ də yaddaşlardadı.
Ziko (Braziliya): 3 dünya çempionatında oynayıb, ən yaxşı halda "DÇ-1978"in yarımfinalına çıxa bilib.
Yohan Kruyff (Hollandiya): Mərhum futbolçu "DÇ-1974"də ikinci ola bilib.
Corc Best (Şimali İrlandiya): Güclü bir milli komandada oynamamağın cəzasını çəkib.
Eusebio (Portuqaliya): "DÇ-1966"da yarımfinala çıxa bilib.
Ferenk Puşkaş (Macarıstan): "DÇ-1954"də ikinci olub.
Kennt Dalqliş (Şotlandiya): 3 dəfə Dünya çempionatında forma geyinsə də, qrupdan çıxa bilməyib.
Stanley Mattevs (İngiltərə): "DÇ-1954"də 1/4 finala çıxa bilib.
Fanat.az