Məsutdan Boatenqə kinayəli cavab

Məsutdan Boatenqə kinayəli cavab

“Müdafiəçi olaraq hücumda necə oynamağı daha yaxşı bilir”

Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil komanda yoldaşı Jerom Boatenqin yığmanın "Avro-2016"dakı hücum xətti haqda söylədiyi tənqidi fikirlərinə cavab verib.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, türk əsilli alman futbolçu kinayə ilə Boatenqin hücum futbolunun necə oynanmalı olduğunu daha yaxşı bildiyini deyib:

"Bu, onun fikridir. Əlbəttə, müdafiəçi Boatenq hücum futbolunun necə oynanmalı olduğunu daha yaxşı bilir".

Qeyd edək ki, Boatenq müsahibəsində komandasının hücum xəttindən narazılığını bildirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər