Məsut Özil rəqib tanımır

Məsut Özil rəqib tanımır
"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil Almaniya yığmasının ən yaxşı futbolçusu seçilib. Fanat.az xəbər verir ki, bu, Almaniya Futbol Federasiyasının rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsvermə nəticəsində müəyyənləşib. 
Səsverməyə 51 min azarkeş qatılıb. 27 yaşlı türk əsilli orta sahə oyunçusu 45,9 faiz səs toplayıb. O, "Bavariya"nın hücumçusu Tomas Müllerlə (15,9 faiz) "Köln"ün müdafiəçisi Yonas Hektoru (13,6 faiz) üstələyib. 
Qeyd edək ki, Məsut Özil bu mükafatı son 5 ildə 4-cü dəfə qazanıb. O, 2011-2013-cü illərdə dalbadal 3 dəfə Almaniyanın ən yaxşı futbolçusu sayılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər