Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə qatılan komandaların baş məşqçilərinin maaşları bəlli olub. Fanat.az xəbər verir ki, siyahıya ayda 416 min 666 avro alan İngiltərə yığmasının baş məşçqisi Roy Hodqson başçılıq edir.
İtaliyanın çalışdırıcısı Antonio Konte isə 383 min 333 avro ilə ikinci sıradadı. Türkiyə millinin baş məşçqisi Fatih Terim isə üçüncüdü. "İmperator"a bir ay üçün 291 min 666 avro ödənilir. Maraq üçün bildirək ki, heç bir uğura imza atmayan Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bir ilinə 1 milyon 200 min avro qazanır. Bu isə ayda 120 min avro deməkdi.
Digər məşqçilərin maaşları isə aşağıda təqdim etdiyimiz fotodakı kimidi:

Fanat.az