Sloveniya çempionatında XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Samir Məsimovun çıxış etdiyi "Domjale" "Koper"i qəbul edib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Meydan sahibləri 60-cı dəqiqədə hesabı açsalar da, qonaqlar 7 dəqiqə sonra bərabərliyi bərpa edə biliblər.
Samir Məsimov da matçın iştirakçısı olub. Futbolçumuz qarşılaşmanın 63-cü dəqiqəsində Jan Repası əvəzləyib. Bu Samirin "Domjale"də ikinci oyunu olub. O, bundan əvvəl "Qoritsa"ya qarşı 22 dəqiqə oynamışdı.
Qeyd edək ki, "Domjale" 28 turdan sonra 46 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Fanat.az