Cari mövsümə yeni stadionda başlayan "Vest Hem” futbol klubunun Premyer Liqada işləri heç də qaydasında getmir. Slaven Biliçin komandası 5 turdan sonra 3 xalla son sıralara yuvarlanıb. Bunu yeni stadionun düşərli olmamasıyla bağlayanlar da var.
Ötən mövsüm sonuncu oyununu "Upton Park”da oynayan "Çəkicdöyənlər” liqanı 7-ci sırada tamamlamışdı. Artıq həmin stadion tarixə qovuşur. Film şirkətləri tribunaları partladılan stadionda aksion çəkilişləri apararaq özləri üçün kadrlar toplayırlar.
Bu videoda izləyəcəyiniz görüntülər macəra filmindən götürülməyib.
Fanat.Az