Məşhur şərhçi TFF prezidenti olmaq istəyir

Məşhur şərhçi TFF prezidenti olmaq istəyir

Rıdvan Dilmen Türkiyə Futbol Federasiyasının prezidenti olmaq istəyir. Fanat.Az xəbər verir ki, bu barədə o, özü açıqlama verib.

"TRT Spor"da yayımlanan "Futbolun Zirvəsi" proqramında qonaq olan məşhur şərhçi 2019-cu ildə TFF prezidentliyinə namizəd olacağını bildirib: "1962-ci ildə Nazilli doğulmuşam. Mənim adım Rıdvan, soyadım Dilmen. Mən dişimlə-dırnağımla çalışa-çalışa "Fənərbaxça" və milli komandada futbol oynamışam. Dişimlə-dırnağımla çalışa-çalışa Türkiyənin gəlib-getmiş bir nömrəli şərhçisi oldum. Futbolda yeni bir dəb yaratdım. Səhvlərim də olur. Mən biri getsin onun yerinə gəlim kimi düşüncələrlə yaşamıram. TFF-də hər hansı bir vəzifəni tutmaq niyyətim də yoxdu. İlk dəfə deyirəm ki, 2019-da səhhətim qaydasında olsa, TFF prezidentliyinə namizəd olacam".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər